Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində «Təzadlar» qəzetinin kollektivinin müraciəti əsasında Agentliyin rəhbərliyi ilə görüş keçirildi.

Xatırladırıq ki, görüş redaksiya kollektivinin təşəbbüsü ilə baş tutmuşdur. Görüşdə məqsəd qəzetin rəsmi saytı olan tezadlar.az saytının Media Agentliyinin elektron media subyektləri üçün keçirdiyi layihə müsabiqəsində artıq üçüncü dəfədir seçimdən kənarda qalması səbəblərinə aydınlıq gətirilməsi idi.

 Görüşdə Media Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Agentliyin departament müdiri İlkin Nadirov və ekspert Səbinə xanım iştirak edirdilər.

«Təzadlar» qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili saytın və qəzetin mövcud fəaliyyəti, beynəlxalq əlaqələri və s. istiqamətlərdə qazandığı uğurlardan danışdı, nümunələr çəkdi. Sonra mövzu ətrafında qəzetin köçkün əməkdaşları Elbar Şirinov, Yasəmən Məmmədli, Səriyyə Müslümqızı, Elçin Məmmədli, Elşad Quliyev öz fikir və təkliflərini bildirdilər.

Tərəflərin görüşü səmimi müzakirələr və qarşılıqlı təkliflər, həlli mümkün problemlərin tezliklə aradan qaldırılmasının yolları və s. barədə müzakirələrlə davam etdi. Sonra 31 illik peşəkar yaradıcılıq tarixinə malik olan redaksiya kollektivini narahat edən problemlərə aydınlıq gətirildi.

Sonda Asif Mərzili kollektiv adından Agentliyinin rəhbərliyinə və görüşdə (müzakirələrdə) iştirak edən rəsmilərə səmimi təşəkkürünü çatdırdı.

Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Y.Məmmədli   

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN