Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik yubileyi ilə əlaqədar kitabxananın fəaliyyətini əks etdirən informasiya lövhəsi hazırlanıb.

İnformasiya lövhəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşkil olunması, kitab fondu, oxucuları haqqında məlumat verilir. Mərkəzi Kitabxananın sosial şəbəkələrdə 2 Facebook (Yasamal MKS və “Sərhədsiz informasiya tribunası”), İnstagram (yasamalmks) sosial şəbəkələrində və YouTube kanalında səhifələrinin olduğu qeyd olunur.

İnformasiya lövhəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəman oğulları haqqında tədbirlər, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya günləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar haqqında qısa məlumat verilir. Kitab sərgilərinin, videoçarxların hazırlanması, şair və yazıçıların kitablarının müzakirəsi, yazıçı və şairlərlə görüşlərin təşkil olunduğu vurğulanır.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Beynəlxalq əməkdaşlığı, davamlı layihələri haqqında məlumat, kitabxananın KİV-lərlə əlaqəsi, tərəfdaşları, hazırladığı nəşrlər də  stenddə əks olunub.

“Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”, “Kitabxananın Beynəlxalq əlaqələri”, “Kitabsevər uşaqlar”, “Tarix yazan igid veteran və qazilərimiz”, ”Azad olmuş şəhərlərimiz”, “Təbiətə valeh olanlar”, “Mədəniyyətimizin incisi – Şuşa” kimi davamlı sosial  layihələr haqqında məlumat təqdim edilir.

Kitabxananın əməkdaşlıq etdiyi KİV-lər və Veb saytların adları qeyd olunur.

İnformasiya lövhəsində kitabxananın nəşrə hazırladığı Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты”, Zöhrə Əsgərovanın «Здесь ангел пролетел…», Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında”, “60 çiçək – bir çələng” (Azərbaycan qadınlarının Zəfər almanaxı), “Azərbaycanın zəngin mədəniyyəti var” kitablar, “Uşaqlar – Tanrının səltənətidir. Дети – сокровище Творца”, “Zəfərin mübarək, Azərbaycan!!!”, Qadir Hüseynovun “Mənim dünyam...” elektron  kitablar əks olunub.

2018-ci ildən M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Fəxri oxucular institutu yaradılıb. Kitabxananın Fəxri oxucuları olan tanınmış ziyalılarımızın adları da stenddə öz əksini tapıb (Vahid Əziz, Aydın Mirzəzadə, Elçin Şıxlı, Sevinc Ağa Xəlilqızı, Xanım İsmayılqızı, Gülnur Aslan, Nüşabə Məmmədli, Baba Vəziroğlu, Gülzar İbrahimova, Reyhan Mirzəzadə, Ramiz Dəniz, Zöhrə Əsgərova, Ramiz Qusarçaylı, Qadir Hüseynov və b.)

İnformasiya lövhəsində kitabxananın tərəfdaşları haqqında məlumat verilib.

İnformasiya lövhəsinin elektron varianti aşağıdakı keçiddə yerləşdirilib:

https://drive.google.com/file/d/17Qu876YFeoozllXkE3ajqdPTK1dKjt03/view?usp=drivesdk

Y.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN