Son illərdə böyük zəlzələnin baş verdiyi İzmirdə yer hər il 1,5 santimetr çökərkən, Prof. Dr. Doğan Yaşardan şəhər üçün yeni xəbərdarlıq gəlib. Yaşar "Heç bir tədbir görülməsə, dəniz suyu 50-60 ildən sonra Basmaneyə çata bilər və şəhər dağılacaq" deyib. Bu barədə təfərrüatlar...

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, İzmirdə yerin hər il 1-1,5 santimetr arasında çökməsi dəniz səviyyəsinin orta səviyyəni keçməsinə səbəb olur. Bu vəziyyət önümüzdəki illərdə sahilyanı ərazilərin, xüsusilə Alsancak Kordonunun su altında qalma riskini gündəmə gətirir.

“İZMİR ÇÖKÜR”

İzmirin ən böyük probleminin şəhərin çökmə problemi olduğunu ifadə edən Türkiyə Elmlər Akademiyasının (TÜBA) Ətraf Mühit, Bioloji Müxtəliflik və İqlim Dəyişikliyi İş Qrupu Üzvü Prof. Dr. Doğan Yaşar "Dünyada dəniz səviyyəsi hər il təqribən 2,5-3 millimetr qalxır. İzmirdə bu rəqəm 1,5 santimetrə çatır. Çünki İzmir çökür. İzmir Basmanedən Alsancaka qədər bir doldurma sahəsidir. Binaların çəkisi yükləndikcə doldurma sahələri yavaş-yavaş çökür” deyib.

“BİNALAR TİKİLƏNDƏ SƏVİYYƏ QALDIRILMALIDIR”

Prof. Dr. Yaşar "Bu bir xəbərdarlıqdır. Çünki növbəti dəfə daha çox su gələcək. Bir neçə min il əvvəl Basmanedə dəniz qabığı görürük. Bir zamanlar dəniz idi. Dənizi nə qədər doldursan da, tədbir görməzsən, dəniz gəlib tutacağı yeri doldurar” deyib.

Yaşar həmçinin, "Binalar tikilərkən hündürlüyün yüksəldilməsi lazımdır. 1873-cü ildə kordon tikilərkən, ən böyük doldurma aparılarkən tender şərtlərində belə bir ifadə var idi: "Ən az 1,5 metr yüksəklikdə olmalıdır və buna görə də inşa edilmişdir. 1927-ci ildə “Yanık Yurt” qəzetində körfəzin 50 santimetr çökdüyü yazılıb. Eyni şey Cevat Korkut Hocanın “İzmir Rıhtım İmtiyazı” kitabında da yazılıb. Alsancak 1 ilə 1,5 santimetr arasında çökür. Çökdüyü üçün noyabr ayında yağan yağışlardan sonra çoxlu su daxil olub”.

İLDƏ 10-15 SENTİMETR...

Cakarta və Mexikoda da eyni vəziyyətin olduğunu bildirən Prof. Dr. Yaşar "Orada çökmə çox daha sürətli olur. İldə 10-15 santimetr çökür. Çöküşü ərazini boşaltmaqda tapıblar, yavaş-yavaş ərazidən uzaqlaşırlar. Çünki təbiətin sürəti ilə öhdəsindən gəlmək mümkün deyil" deyib.

İzmir 50 santimetr daha çöksə, nə edilsə də, heç bir əhəmiyyət kəsb etməyəcəyini bildirən Prof. Dr. Yaşar "Sədd tikmək həll yolu deyil. Divar çəkməyin mənası yoxdur. Hündürlüyü qaldıracaqsan, bu, çox baha başa gəlir, amma bu seçim məsələsidir, ya da yavaş-yavaş ərazini tərk edib boşaldacaqsan" deyib.

 

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN