Hidayət Elvüsal!

Respublikada bu imzanı tanımayan çox az adam ola bilər.

50 ildən artıqdır ki, onun ədəbi yaradıcılığı, xoş zarafatları dillər əzbəridir. Onun siyasi mövzulardan tutmuş gündəlik həyatımızı əks etdirən bütün sahələrdən yazıları xoş, maraqlı gülüş hədəfini seçən lətifələri, qəlblərə hərarət qatan şeir və mahnıları hələ uzun illər də dillər əzbəri olacaq.

«Kommunist» və «Səhər» qəzetlərinin aparıcı siması olmuş Hidayət Elvüsal sonralar müstəqil qəzeti ilə bütün «fironların» canına qorxu salmışdı.

Onun geniş zəkası, parlaq düşüncələri, hər kəsi ələ ala bilən geniş psixomatik təsəvvür, unudulmaz nəşə dolu çıxışları onu bənzərsiz, real, görüm zəkasının yaradıcısı kimi qiymətləndirməyə əsas verir.

Hidayət müəllim nə qədər ağır günlər yaşasa da onun simasından gülüş heç vaxt əskik olmamışdır. Onu tanıyanların hər biri ona yüksək ehtiram və sevgi ilə yanaşır.

Mətbuatın hər çalarının ustası olan bu şəxsiyyət eyni zamanda xeyirxah əməlləri ilə qəlblərə hakim olmuşdur.

Yaradıcılığının bilik və nəşəsi ilə bərabər heç bir kəsdən lazımi yardımı əsirgəməmişdir.

Mətbuat aləmində bu şəxsiyyətin təkrarı yoxdur.

Onun qələmindən çıxan hər kəlmə bir həyat dərsidir.

Oxuduqca doyulmayan yazıları ilə yanaşı yaratdığı mahnı bəstələri də eşidənləri dərin duyğulara qərq edir.

Zamanın hökmü onun düşüncələrinə və kəlamlarına sirayət edə bilmədi. İlahi tərəfindən cavanlığından ona bəxş olunmuş comərd xarakter, ideal cəsarət, unikal yazı yaradıcısı – sahibi olmaq onun yaşam dünyasını sonsuz, unudulmaz sevgidolu məkana çevirdi.

Onun qəlbindəki sevgi duyğuları bəşəriyyətə olan baxışlarını üstələdi.

İnsanlara və həyata olan sevgi onun həyatına hər zaman zövqlər qatmışdır.

Hidayət müəllimə 75 yaşında uzun ömür, can sağlığı diləməklə yanaşı, qəlbindəki gözəl duyğuların sonsuzluğunu arzu edirəm.

SƏNUBƏR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN