...AVRO- 2024 futbol yarışlarının diqqətlə izlənildiyi son günlərdə TV aparıcılarımızın şərhləri də müzakirə mövzusudur... Gənc şərhçilərin bəziləri sönük danışır, bəziləri qışqırır, həyəcanlı danışığı ilə tamaşaçını ələ almağa səy göstərir...
Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə edilir. Əfqan Qafarlı isə keçmişi xatırladaraq yazır: "Keçmiş illərimizin futbol şərhçilərindən söz düşmüşkən, Çingiz İsmayılovu da unutmaq olmaz. Orta nəslin nümayəndələri yəqin ki, onu yaxşı xatırlayırlar. 80-ci illərdə “Neftçi”nin SSRİ çempionatındakı oyunlarını şərh edirdi. Bizim qulaqlarımız onun səsinə öyrəşmişdi, o dövrdə Azərbaycanın məşhur futbol şərhçisi sayılırdı. Yeri gəlmişkən, bu il aprelin 12-də Çingiz müəllimin 89 yaşı tamam olub, 90-a adlayıb. Göz dəyməsin!
Çingiz İsmayılov futbol şərhçiliyindən uzaqlaşandan sonra - 1986-1994-cü illərdə “Neftçi” komandasının rəisi olub. Sonra 1994-cü ildə AFFA-nın baş katibi seçildi, Fuad Musayevin dövründə 9 il orada çalışdı... O, həmdə veteran futbolçudur - 1955-1962-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Maraqlıdır ki, Çingiz İsmayılov "Neftçi"də qapıçı kimi oynamağa başlayıb, sonra komandanın oyunlarını şərh edib, ardınca klubun rəisi olub. 2022-ci ilin dekabr ayında “Tərəqqi” medalı ilə təltif edilib...".
Gəlin həm keçmişi unutmayaq, həm də keçmişimizi bizə xatırladanları...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN