Almaniyanın "Bild" qəzetinin Merih Dəmirala 2 oyunluq cəza verilməsi xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.

Tezadlar.az TRT-Sport-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Sözügedən açıqlamada deyilir: "İddia doğru deyil. UEFA-nın Merih Dəmirala qarşı açdığı istintaq hələ yekunlaşmayıb və onun iki oyunluq cəza alması iddiası həqiqəti əks etdirmir. Mövqeyimizi müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var. yalnız bundan sonra qərar veriləcək".

 Ötən gün Almaniyanın "Bild" nəşri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın 2 oyunluq diskvalifikasiya olunduğunu açıqlamışdı. Amma bu xəbər bu güm yalanlandı...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN