Rusiya ordusunun bu gün iyulun 8-də, günorta saatlarında Dnepropetrovsk vilayətindəki Krivoy Roq şəhərinə kütləvi raket hücumu nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkul və Dnepropetrovsk Vilayət Polis İdarəsinin rəisi Sergey Lısak, eləcə də Dnepropetrovsk Vilayət Prokurorluğu bu barədə rəsmi məlumat yayıb. Məlum olur ki, raketlə bir sənaye müəssisəsinin inzibati binası və digər mülki obyektlər vurulub. Vilkul qeyd edib ki, hazırda bütün təcili yardım, kommunal və tibb bölmələri işləyir. Sonradan Krivoy Roqa hücumun nəticələri barədə məlumat OVA rəhbəri tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, ruslar Dneprə də zərbələr endiriblər, yaralılar var. "Dneprdə çoxmərtəbəli bina və bir müəssisə zədələnib, yaralılar var".

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN