Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində həlak olanlar üçün Kiyevdəmatəm elan edilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə UNİAN Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bütün bayraqlar yarıya endiriləcək və bütün əyləncə tədbirləri qadağan ediləcək.

Raket hücumu nəticəsində  ölənlərin ümumi sayı 4-ü uşaq olmaqla 27 nəfərə çatıb. Ümumilikdə 117 nəfər yaralanıb. Sitat: "3 ərazidə işlər hələ də davam edir. Hadisə yerinə 377 xilasedici və Dövlət Fövqəladə Hallar Xidmətinin 76 texnikası cəlb olunub”, - idarədən bildirilib.

Xatırladaq ki, dünən iyulun 8-də Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə - Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk ərazilərinə hücum edib. Rəsmi Kiyev cavab tədbirlərinin sərt olacağını ildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN