24 ildir Ramiz Mehdiyevə kitab və məqalə yazdıraraq deputat olan “Azərbaycan” qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqovun adı YAP-ın deputatlığa namizədlər siyahısında yer almadı...

Bu həm də o deməkdir ki, Bəxtiyar Sadıqova etimad itib. Çünki YAP-ın siyahısında veteran YAP-çılar da var. Bir də o var ki, onun YAP-çılığı ilə bağlı müəmmalı söz-söhbətlər hələ də davam edir. Qısası, 119 saylı Ağdam kənd seçki dairəsindən 24 ildir deputat edilmiş Bəxtiyar Sadıqova yox deyilib, bu yerə YAP-ın siyahısından Məmmədov İbrahim Raqif oğlunun namizədliyi irəli sürülüb. 

Yəqinki tezliklə Bəxtiyar Sadıqovun "Azərbaycan" qəzetindəki baş redaktorluğu da arxivə veriləcək. Artıq qəzetə kimin rəhbər təyin ediləcəyi barədə də "Təzadlar"a məlumat daxil olub.

Onu da deyək ki, işğal olunmuş rayonlardan YAP-ın namizədləri bunlardır:

118 saylı Ağdam - Xocalı                                  Məmmədov Elman Camal oğlu;

119 saylı Ağdam                                               Məmmədov İbrahim Raqif oğlu;

120 saylı Cəbrayıl - Qubadlı                          Məmmədov Ceyhun Valeh oğlu

121 saylı Laçın                                                Muradov Rövşən Şahbaz oğlu

122 saylı Xankəndi                                         Məmmədov Aqil Kamran oğlu

123 saylı Kəlbəcər                                          Əhmədova Aidə Ələsgər qızı

124 saylı Şuşa - Ağdam - Xocavənd             Babışova Leyla Adil qızı

125 saylı Zəngilan - Qubadlı                         İsmayılov İmamverdi İbiş oğlu

"Təzadlar"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN