Paşinyanın  NATO-ya can atması Rusiyada qəzəblə qarşılanmaqdadır...

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib. Zaxaraova deyib ki,  İrəvanın hərəkətləri bütün Cənubi Qafqaz regionunda sabitliyin pozulması riski yaradır: "İrəvan NATO ilə əməkdaşlığı artırmağa üstünlük verir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində də iştirak ediblər. Birgə hərbi manevrlər həyata keçirirlər. Bunun bariz nümunəsi hazırda ölkədə keçirilən Amerika-Ermənistan "Eagle Partner" təlimidir. Bu, təkcə təəssüf hissi doğurmur, həm də Ermənistanın gələcəyindən narahatlıq yaradır. ABŞ və NATO-nun iqtisadi departamenti olan Avropa Birliyi bir çox ölkələrlə dəfələrlə oxşar maxinasiyalar həyata keçirib. Məqsəd isə Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığı dərinləşdirmək və Cənubi Qafqazda sabitliyin pozulmasıdır. İravan öz təhlükəsizliyinə zərər vurmaqla ciddi vəziyyət yaradır”, - deyə Mariya Zaxarova bildirib. Qeyd edək ki, Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Ermənistan ABŞ-la birgə hərbi təlimlərə başlayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN