Maraqlıdır, Dövlət Təhlükəsizlik Xidməti hakim "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sui-qəsd də daxil olmaqla bir sıra cinayət əməllərinə hazırlıqlarla bağlı faktlar əsasında araşdırmalara başlayıb.

Tezadlar.az Gürcüstan DİN-ə istinadla xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Məlumatda maraqlı məqamlar üzə çıxıb. Sitat: "Planlaşdırılan suiqəsd və digər cinayət əməllərinin təşkilatçıları Gürcüstanın hazırda Ukraynada olan keçmiş yüksək rütbəli dövlət və hökumət rəsmiləridir. Qeyd olunub ki, terror mahiyyəti daşıyan cinayət əməllərinin məqsədi ictimai iğtişaşlar yaradaraq hökuməti zəiflətmək və hakimiyyət çevrilişi etməkdir... Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanda cinayət əməllərinin hazırlanması, o cümlədən Gürcüstanın keçmiş məmurları və Ukraynanın keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır. Bu cinayət əməllərinin məqsədi ölkədə iğtişaşlar və hakimiyyətin zəifləməsi fonunda dövlət hakimiyyətinin dağıdıcı qüvvələr tərəfindən zorla devrilməsidir".

 Tezadlar.az bir daha Gürcüstanın aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinadla bildirir ki, hazırda cinayət işi üzrə fəal istintaq-əməliyyat tədbirləri davam etdirilir, bu tədbirlər çərçivəsində konkret şəxslər şahid qismində dindirilmək üçün istintaq orqanına çağırılır.

Maraqlı, həm də Gürcüstanla bağlı xoşagəlməz hadisədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN