...Dəfələrlə deyilib, yazılır və yazılmaqdadır ki, Azərbaycan dilinə Azərbaycan düşüncəsi ilə yanaşılmalıdır... "Təzadlar" bu barədə silsilə məqalələr yazıb ki, Bakı küçələrində ən məşhur restoran və otellərin hamısının adı əcnəbi dillərdədir. Bu o deməkdir ki, qarnı və cibi ilə düşünənlər heç vaxt Azərbaycan düşüncəsinə hakim kəsilə bilməz...
***
Sözümün mətləbi var: tanınmış blogger Etibar Əliyev özünün şəxsi sosial media platformasında maraqlı məsələyə diqqət çəkib. Sitat: "...İndicə fotosunu çəkdiyim "Dəniz MALL"da tezliklə istifadəyə veriləcək yeni "Vətən" adlanan restoranın qarşısında quraşdırılmış bu müvəqqəti reklam lövhəsində yazılmış elanda müəllifin nə demək istədiyini az-çox anlasam da, mətn ümumiyyətlə, məzmun tərkibinə görə lap Elza xanımın sicilləmələrinə bənzəyib. Məlum "Gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı" bayatısına guya nəzirə olaraq yazılan bu misra yumşaq desək, heç də yaxşı alınmayıb. Əvvəla, misrada hecaların vəzni kəskin sayda pozulub. Birinci sətrə məsələn, "MALLı" sözünü əlavə etməklə balansı babat düzəltmək olardı. Deyək ki, olsun, bunu keçdik. Bəs "yeməyə Vətən yaxşı" nə deməkdir? Heç olmazsa həmin sözü dırnaq arasına alsaydılar anlamaq olardı ki, restoranın adından söhbət gedir. Belə hallara qarşı fikrimizi bildirməsək, şabah kim təminat verə bilər ki, (iraq olsun!) şəhidlərimizin adları kababxanalara-filana beləcə ürcah edilməyəcək?!".
Məncə, əlavə şərhə də yer yoxdur, elə "Vətən" sözündəki dırnağın yeyilməsinə də... 
A.Məmmədli 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN