...8 noyabr prospektindəki əsaslı təmirə görə Mərdəkan, Günəşli, Əhmədli, Hövsan, Qala, Türkan, Pirallahı və s. istiqamətdən gələn avtomobillər özünü Babək prospektinə verib... Babək prospektində isə metronun "Xalqlar dostluğu" stansiyası ərazisindən başlayaraq prospektin son dairəsinədək ("Xətai" stansiyasına dönmə hissəsi) yolun sağını "BUS"layıblar. Bu səhər həmin yolda müşahidə apardım, 30 saylı avtobus NZS-dən bu yola çıxır, 49 isə "Xalqlar dostluğu"ndan. Şəxsən bu tıxaclı, basabaslı yolda yolun sağına çıxan bir avtobus görmədim. Amma DYP-nin pusquda duran kameraları "BUS" yoluna çıxanları 40 manat cərimə ilə hədələdiyindən bu boyda yolda iki zolaq basabas, tıxac, "BUS" yolu isə bomboş idi...
Sualım var: məqsəd nədir, sürücüləri bu istidə tıxacla imtahana çəkib, cərimə ilə yükləmək? Bakı təmirə dayanıbsa, niyə şərait yaratmırsınız ki, 60 km-saat sürət həddi tətbiq edilmiş yollardan (bu sürətə də şərait yaradılmadan) müvəqqəti, yəni təmir başa çatana kimi hamı istifadə etsin? Onsuz da sürücülər yola avtobus çıxan kimi səmtini dəyişir, yol verir. Daha bu zülmkarlıq kimə və nəyə lazımdır???
Cərimə demişkən, hər il Dövlət büdcəmizin təkcə cərimələrdən mədaxili 200 milyon manatı ötür. Sosial yönümlü büdcədəki bu cərimə isə nazirlərin, deputatların, prokurorların, polislərin, hakimlərin... avtomobillərindən tutulmayıb, sadə, sosial yardım alan sürücülərin ailə büdcəsindən gedib... Belə olmaz! Azərbaycanın DYP sistemində köklü dəyişiklik və islahat tələb olunur! Sürücünün gözü yolda yola baxmaq əvəzinə, yoldakı nişanlama və kamerə, radar tələlərini axtarmaqda olur...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN