İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.

Tezadlar.az İRNA Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb. İranın dini lideri Ayətullah Əli Xamenei də intiqam vədi verdiyi çıxışında "Haniyənin qanının intiqamını almaq İranın vəzifəsidir. Çünki o, bizim torpaqlarımızda şəhid olmuşdur" deyə qeyd edib.

 Bundan başqa, İranın Cəmkəran məscidinin günbəzində ərəb dilində "Hüseynin intiqamı" yazılmış qırmızı bayraq qaldırılıb. İntiqam bayrağı sonuncu dəfə 2020-ci ilin 3 yanvar tarixində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında baş verən canlı bomba hücumunun ardından qaldırılmışdı. 

İsrail və ABŞ-dan isə hələki dini liderin bu əmrnə rəsmi cavab yoxdur. Amma faktdır ki, bölgədə vəziyyət yenidən gərginləşdiriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN