Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medallarının sayı artmaqdadır...

Döyüş meydanında Makronun müdafiə etdiyi Ermənistanı 44 günə diz çökdürən Azərbaycanın indi də həmin Fransada-idman meydanlarında qələbələr qazanması qürurvericidir.

Tezadlar.az xatırladır ki, Azərbaycan hazırda medalların sayına görə sıralamanda 15-ci pilləyə yüksəlib. Belə ki, bu, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyevin qızıl mükafat əldə etməsi ilə mümkün olub. Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

Uğurlarımızla fəxr edirik!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN