2024-cü ilin iyul ayında Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduqlarına görə 22 nəfər saxlanılıb.

Onlardan 13-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 2-si Mərakeş, 1-i Türkiyə, 1-i Banqladeş vətəndaşıdır. 11 nəfər saxta ştamp və pasport, başqa şəxslərə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rejimi qaydalarını pozduğu üçün 862 nəfər saxlanılıb. Eyni zamanda, axtarışda olan axtarışda оlan 309 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 556 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 14 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkotiklərlə mübarizə tədbirləri nəticəsində dövriyyədən 336 kq narkotik vasitə və 6486 psixotrop həb götürülüb.

Ümumi dəyəri 3 milyon 388 min manat olan qaçaq mal, o cümlədən gecəgörmə cihazları, ov tüfəngləri, döyüş sursatları, dərman vasitələri, spirtli içkilər və tütün məmulatları saxlanılıb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2 avqust tarixli məlumatında deyilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN