Növbədənkənar parlament seçkilərində uzun illər millət vəkili olmuş şəxslərin yenidən namizəsliyini irəli sürməsi faktlarına rast gəlirik...

Və maraqlıdır ki, təkrar deputat olmuşların millət vəkilliyi dövründəki fəaliyyətində sual dolu problemlərə rast gəlinir. Beləliklə, əməli  fəaliyyəti olmayan belələrinin yenidən deputat olmaq həvəsinə düşməsi nə dərəcədə əsaslıdır?

Növbədənkənar parlament seçkilərində Ağdam 119- cu Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış tanınmış jurnalist, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili araz.az- a bunları dedi: "...Düşünürəm ki, Mərkəzi Seçki Komissiyası uzun illərdir millət vəkili olmuş və yenidən deputat olmaq istəyənlərin ötən illərdəki fəaliyyətinin hesabatını tələb edib bunu ictimailəşdirməli, sonra onların deputatlığa namizədliyini qeydə almalıdır. Onda bilinəcək ki, bu şəxsə yenidən səs verməyə dəyərmi? Bəli, seçicisini yalnız 5 ildənbir yada salan və deputat edilən belə şəxsləri yenidən seçməyə dəyərmi? Halbuki deputatın vəzifəsi təkcə qanunvericilik aktlarının qəbuluna səs vermək yox, həm də qanunvericilik təşəbbüsləri ilə çıxış etmək, seçicisinin problemlərinin yanında olmalıdır...".

Araz.az 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN