Yalançı tamahkarı aldadar... Bunlar atalarımızın yüz illər əvvəl dediyidir... Amma biz hələ də yalançılara aldanırıq və sonra iki əlli başımızı tutub hüquq mühafizə orqanlarından kömək istəyirik.
Beləliklə, DİN-nin idarə rəisi Elşad Hacıyeev özünün sosial media hesabında yazır: "Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50.000 manatın oğurlanması ilə nəticələnib. İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Vətəndaşlara çağırış edirik ki, kiber məkanda tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz!".
Bir də aldanmağa isə artıq nə pul qalıb, nə də zərurət. Bu bir dərs olmalıdır!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN