119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin tanınmış 4 saytının köşə yazarı, Türkiyə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsinin Azərbaycan üzrə nümayəndəsi olan Asif Mərzilinin (Məmmədov) seçiciləri ilə görüşləri davam edir...

Bu gün möhtəşəm görüşlərdən biri Ağdamın Ergi qəsəbəsində olub. Qəsəbədə Mərzili kəndinin tanınmış ailələrinin ikisinin həyətindəki iki yas mərasimində iştirak edən Asif Mərzili çoxsaylı kənd sakinləri ilə daha ətraflı təmasda olub. Deputatlığa namizədin səlahiyyətlisi olan jurnalist, Qarabağ Müharibəsinin veteranı Elçin Məmmədli "Təzadlar"a bildirdi ki, görüş olduqca təsirli məqamları ilə yaddaqalan oldu: "Əslində, biz bu gün komanda olaraq Ağdamın Əfətli və Alıbəyli, Üçoğlan kəndlərində təşviqat işləri ilə məşğul olmalı idik. Lakin Asif Mərzili xəbər tutanda ki, Ergi qəsəbəsində iki yaxın qohumlarının ailəsində vəfat edən var, o, dərhal gündəliyi dəyişdi və el-obanın bu ağır günündə onların yanında olmağı özünə borc bildi. Beləliklə,  biz birlikdə Ergi qəsəbəsinə getməli olduq... Məni təsirləndirən bu idi ki, qəsəbə sakinləri, hansı ki, həmin yas mərasimlərinə fərqli saatlarda gəlməli idilər, biləndə ki, Asif Mərzili ora gəlib, hamı əraziyə axışdı... İnsanlar elə bil ən yaxın doğmaları kimi bizi qarşılayırdılar. Başa düşdüm ki, kənd sakinləri deputatlığa namizəd Asif Mərzilini əvvəldən elə özlərinin ictimai deputatı bilirmişlər və dərd-sərini ona deyirlərmiş... Bu, məni çox qürurlandırdı...".

E.Məmmədli onu da bildirdi ki, Ergi qəsəbəsinin yolu 32 ildir keçilməz bir haldadır: "...Bu ərazidə yaşayan 20 mindən çox əhali, sən demə, 32 ildir yolsuzluqdan bezar olub. Amma təəssüflər olsun ki, Ağdamdan 20-25 ildir deputat olan və yenidən deputat olmaq arzusunu gizlətməyən Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev bir dəfə də olsun seçiciləri olmuş bu insanların zülmünə həmdərd olmayıblar... Axı necə ola bilər ki, seçki qutusundan 25 ildir deputat çıxarılan şəxslər öz seçicilərinin qapısını belə tanımırlar?!".

E.Məmmədli bir xoşagəlməz xəbəri də çatdırdı: "...Biz komanda olaraq Quzanlıda və Ergidə olanda seçicilərdən eşidirdik ki, guya kimlərinsə tapşırığı ilə kənd icra nümayəndələrindən adambaşına 3 min manatdan pul yığılır ki, hələki adını çəkmək istəmədiyim, əslində, niyə də çəkməyim - Bəxtiyar Əliyevin təbliğatında istifadə edilsin... Hətta bəzi məsul şəxslərin göstərişi ilə kəndlərdə məntəqələr üzrə onbaşı, yüzbaşı dəstələri düzəldiblər ki, səsvermə günü Bəxtiyar Əliyevin xeyrinə səsvermə təşkil etsinlər... Düzdür, biz buna hələki inanmaq istəmirik, amma əlimizdə konkret faktlar, həmin tapşırığı verənlərin bizə göndərilən səs yazıları vardır... Şübhəsiz, bunlar toplanır və Mərkəzi Seçki Komissiyasına lazımi məqamda göndəriləcək...".

Daha ətraflı reportaj təqdim olunacaq. 

Asif Mərzilinin seçicilərlə görüşləri davam edir...

E.ŞİRİNOV

60aaa6ff-6f44-4f2e-99ee-616f3d5984dd

741db361-d562-4779-a83a-b73b4929964e

60d4b8cd-f8a7-4864-8fda-b46c89e68a81

c8a01390-4aa8-46de-8c50-6fce5a81c411

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN