Gürcüstanın Şida Kartlidə ərazisində 74 yaşlı kişini qətlə yetirən 15 yaşlı qız polis tərəfindən saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Xaşuri bələdiyyəsində 1950-ci il təvəllüdlü şəxsin bədəninə soyuq silahla xəsarətlər yetirib, bundan sonra hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində yaralı yerindəcə keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 15 yaşlı qızı isti izlərlə həbs edib. Polis cinayətdə istifadə olunan bıçağı maddi sübut kimi müsadirə edib. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hələki qızın yaşlı kişini öldürməsinə səbəb olmuş motivlər bəlli deyil. İlkin ehtimallara görə qətl qarət niyyəti ilə törədilib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN