Azərbaycan Könüllü Təşkilatları İttifaqı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində “Seçki Könüllüləri” qrupunu yaradıb. Bu qrup vasitəsilə ilk dəfə səs verəcək gənc seçiciləri seçki hüquqları barədə məlumatlandırırıq.

TEZADLAR.AZ xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev bildirib.

Təşkilat sədri qeyd edib ki, seçki könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində, Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində aktiv fəaliyyət göstərirlər: “Növbədənkənar parlament seçkilərində Azərbaycan könüllüləri də vətəndaş cəmiyyətinin üzvü olaraq aktiv iştirak edəcək. Seçki günü Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 1500-dən çox ümumrespublika statuslu müşahidəçisi ilə müvafiq seçki məntəqələrində təmsil olunacaq”.

Yusif Vəliyev qeyd edib ki, sentyabrın 1-nə təyin olunan parlament seçkiləri müstəqil Azərbaycanın tarixində ciddi əhəmiyyətə malikdir:

“İlk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpasından sonra bütün ölkə ərazisində parlament seçkiləri keçirilir. Paytaxtda və regionlarda, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan Könüllülərinin seçki prosesində müşahidəçi qismində iştirak etməsi bizim üçün olduqca qürurvericidir. Biz də İttifaq olaraq şəffaf və ədalətli parlament seçkilərinin keçirilməsinə öz töhfəmizi verəcəyik".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN