Xalq musiqimizin özəyi muğam          

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları və kitabxananın fəal oxucuları 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ekskursiyada oldular.                                                                                                

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin elmi işçisi SevincŞirinli Azərbaycan milli musiqi mədəniyyətimizin dəyərli nümunəsi olan muğamın tarixi haqqında məlumat verərək bildirdi ki, muzeyin fondunda 50 mindən çox eksponat toplanmışdır. Bunlardan Azərbaycan milli musiqi alətləri olan kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fəqlənən digər musiqi alətləri əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir.                                                                                                      

Muzeyin ekspozisiyasının şöbə müdiri Ülviyyə Şəmmədova kitabxana əməkdaşlarını və oxucuları Azərbaycanın qədim muğam ifaçılarının şəxsi musiqi alətləri ilə, musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin, milli vokal sənətinin banisi Bülbülün, görkəmli sənətkarlardan Qara Qarayevin, Fikrət Əmirovun musiqi xadimlərinin not əlyazmaları, şəxsi əşyaları, afişalar, təsviri sənət nümunələri, kitablar və başqa materiallarla tanış etdi. 

Y.Məmmədli                                                                                                       

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN