Rusiyada azərbaycanlı tanınmış hüquqşünas və vəkil Elman Paşayev barəsində cinayət işi açılıb...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiyanın İstintaq Komitəsi bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev iş adamı Aleksey Blinovskini inandırıb ki, külli miqdarda pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər. Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb. 

Hazırda Elman Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı aidiyyəti rayon məhkəməsinə təqdimat verilib. Vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Elman Paşayevlə bağlı bu tip hadisələr artıq neçənci dəfədir təkrarlanır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN