Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Suriya prezidenti Bəşər Əsədlə görüşə hazır olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS agentliyi sitat gətirib.

“Biz Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik.İndi biz qarşı tərəfdən müvafiq cavab gözləyirik”, - Türkiyə lideri qeyd edib.

Onun sözlərinə görə, Ankara dövlət başçıları səviyyəsində danışıqlara hazırdır.

Ərdoğanın deyib ki, Türkiyə iki ölkə və xalqları arasında həmrəylik və birlik yaratmaq istəyir.

“Ümid edirəm ki, bu, belə bir görüş sayəsində baş verəcək”, - Ərdoğan əlavə edib.

Kremldə qeyd edilib ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması həm Suriya münaqişəsinin siyasi həllinin davam etdirilməsi, həm də bütün regionda sabitlik baxımından vacibdir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Türkiyə və Suriya nümayəndələri arasında müxtəlif səviyyələrdə müəyyən təmasların təşkilinin asanlaşdırılması gündəmdə qalmaqdadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN