Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş.
Buna səbəb Fatma Abdullazadənin rəhbərlik etdiyi sahə üzrə fəaliyyətinin istintaqda araşdırılması olub. Bir müddət əvvəl Fatma Abdullazadə Azərbaycandan müalicə adı ilə xaricdə yaşamağa getmək istəyərkən hava limanından geri qaytarılıb və ölkədən çıxışına "stop” qoyulduğu deyilib. 
Hazırda sabiq şöbə müdirinin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılıb-qaldırılmaması barədə məlumat yoxdur. 
Qeyd edək ki, Fatma Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.
Fatma Abdullazadənin adı Azərbaycanda daim qalmaqalla xatırlanıb. Hətta Ulu Öndər Heydər Əliyev bu xanımın korrupsiya əməlindən hələ 2001-ci ildə rusdilli məktəblərə Azərbaycan tarixi kitabının çatdırılmasında yaranmış problemi müzakirə edərkən demişdir: "Nə qədər pul istəyərlər? Sən bu kitabın çapı üçün başımı dəng etmisən...".
Yeri gəlmişkən, Fatma Abdullazadənin əsas mübarizə hədəflərindən biri də "Təzadlar" qəzeti olub... İndi qəzet durur, amma Fatma Abdullazadə o vəzifədə və statusda durmur... 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN