...Könüllü olaraq Gürcüstana gələn və həbsdə olan eks prezident Mixeil Saakaşvili, “Vahid Milli Hərəkat"ın sədri Nika Meliyaya cəzaçəkmə müəssisəsindən məktub göndərib. Yerli KİV-lər xəbər verir ki, Saakaşvili məktubunda müxalifəti birliyə çağırıb. O, həmçinin Nika Melianı seçkilərin nəticəsinə görə təbrik edib: “Nika, əzizim, sənin keçmiş həbsxanandan salamlayıram və istəyirəm səni də və Tbilisili seçicini də təbrik edəm ki, həqiqətən möcuze etdiniz, bunu nə dost nə də düşmən gözləmirdi. İndi ikinci tur keçiriləcək şəhərlər fəxr etmiyimiz böyük şəhərlərdir, dayanmamalıyıq 2018-ci ilin ikinci turunda olduğu kimi, əksinə daim və daha da güclü hücuma keçməliyik. Atana xüsusi təbriklər! Bütün müxalifəti və sağlam qüvvəni birləşdirək, inciklikləri unudaq və bir dəfəlik ölkəmizdə demokratiya və azadlığı qaytaraq. Heç kimə qarşı heç cür revanşsız, çünki hamımız bu ölkənin övladlarıyıq. Uğurunuzla fəxr edirəm və həmçinin təkrar edirəm ki, həyatım bahasına Gürcüstanın hər bir sakinini çətinlik və çətin həyatdan çıxarmaq və Gürcüstanın qələbəsi üçün mübarizə aparmağa hazıram. Tanrı ölkəmizi və hər birmizi qorusun”, – deyə Saakaşvili məktubunda qeyd edib.

 Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə Saakaşvilini iğtişaşlar törətməkdə günahlandıraraq onun həbsdə saxlanılacağını bildirib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN