Mixail Saakaşvilinin həbsdən azad edilməsi üçün həm də Gürcüstanda ciddi işlər görülür.

Saakaşvilinin vəkili Beka Basilaya bildirib ki, onun komandası sabiq dövlət başçısını hakimiyyətə ictimai təzyiqin köməyi ilə tələb olunmaqla, əfv yolu ilə həbsxanadan azad etmək istəyir. Bu barədə o, mətbuata açıqlamasında bildirib. Vəkil iddia edib ki, keçmiş dövlət başçısına cinayət işləri siyasi motivlər üzrə qaldırılıb, o sabiq prezidentin azad edilməsi siyasi məsələ olacağını deyib: "Hər necə də olsa, Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onu qəbul edir və onunla görüşlər keçirirlər”, - deyə hüquqşünas vurğulayıb. Onun fikrincə, Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq, nəticədə Gürcüstanın siyasi rəhbərliyi onu həbsxanadan buraxacaq.

 Xatırladırıq Saakaşvili ölkəsinə həbs ediləcəyini bilə-bilə gizli yolla gəlib və iki gün sonra onun harada olduğu və necə gəldiyi aşkarlanıb. O, isə sosial mediada Gürcüstana təyyarə ilə gələcəyini öncədən bəyan etmişdi.

A.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN