Bu gün Ermənistanın Gəncəni raket atəşinə tutmasından 1 il ötür

17 Oktyabr 2020-ci il tarixində gecə saat 1 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həmçinin, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.

Ermənistan Gəncəyə ballistik raket hücumu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

44 günlük Vətən müharibəsində Ermənistan ümumilikdə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərini raket atəşinə tutub.

Nəticədə 26 mülki şəxs həlak olub, 175 nəfər xəsarət alıb.

Dünyanın bir çox yerində azərbaycanlılar Gəncə terroru qurbanlarının xatirəsini yad edib. Günahsız insanların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənilib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim olunub. Həmçinin bir çox xarici KİV-lər Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətlərinə dair məlumatlar dərc ediblər.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN