...44 günlük Zəfər müharibəsi Azərbaycan xalqının nə qədər əzmkar, səbrli və qürurlu olduğunu göstərdi.

Bu Zəfər Ermənistanın, eləcə də ermənipərəst ölkələrin bütün arzularını puç etdi, gözündə qoydu... Həmçinin xalqımızı "məğlub edilmiş" kimi adı üzərindən atmış olduğuna bir daha inandırdı, düşmənin isə nə qədər zəif olduğunu ortaya qoydu... Elə bu gün Füzuliyə səfərində də Prezident İlham Əliyev bu barədə bir daha qənaətini bölüşdü: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”.

Bəli, Azərbaycan xalqı nəinki Ermənistanın 30 illik işğalına son verdi, həm də indiyədək mövcud "qəhrəman erməni xalqı" mifini darmadağın etdi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN