Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər. 

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib. Diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN