...Sən demə, Saakaşvili təkbaşına Gürcüstana gəlməklə dövlət çevrilişi etmək istəyib, amma...

"Saakaşvililin Gürcüstana qayıtmasının yeganə məqsədi çeviriliş etmək idi". Elə bu iddia ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə verdiyi müsahibəsində bildirib. "Saakaşvilinin Gürcüstana qayıtmasının yeganə məqsədi var idi və bu çeviriliş etmək, çirkin bir provokasiya həyata keçirməkdən ibarət idi. Həmçinin, bir neçə nəfərin öldürülməsi də nəzərdə tutulurdu,"-deyə Qaribaşvili vurğulayıb. O, həmçinin Saakaşvilinin hakimiyyəti dövründə məhbuslara qarşı xüsusi işgənclər edildiyini və bundan bütün dünyanın xəbərdar olduğunu əlavə edib.

Bu arada Saakaşvili dünən hakim "Gürcü Arzusu" tərəfindən paytaxt Tbilisidə keçirilən aksiyada iştirak edən vətəndaşlara müraciət edib. Onun müraciəti rəsmi "Facebook" səhifəsində yayımlanıb. "Dünən, Gürcü Arzusunun dəfn mərasiminə gətirilən əhaliyə demək istəyirəm ki, necə bir təzyiq altında olduğunuzu yaxşı gördüm. Səsinizi həqiqətən düşündüyünüz və inandığınız kimi verməkdən qorxmayın. Gürcüstanda çox qısa zaman ərzində hakimiyyət dəyişikliyi qaçınılmazdır. Sizin heç biriniz işinizi itirməyəcəksiniz. Mən buna söz verirəm!,"-deyə Saakaşvilinin müraciətində bildirilir.

Beləliklə, Gürcüstanda Saakaşvili problemi yaşanmaqdadır. Hakimiyyət ya onu həbsdən çıxarıb deport etməlidir, ya da...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN