Son iki ayda ilk dəfədir ki, COVID-19-a yoluxma və bu səbəbdən ölüm hallarının sayı artıb. 

Tezadlar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bunu Cenevrədə keçirildiyi brifinqdə bəyan edib.

ÜST rəhbəri vurğulayıb ki, pandemiyanın “inadkarlığı” ona qarşı mübarizə vasitələrinin qeyri-bərabər dərəcədə əlçatan olmasıdır. Bu ehtiyaclar üçün ÜST-yə 23 milyard dollardan çox vəsait lazımdır.

Tedros Adanom Gebreyesus deyib: “Bu gün biz COVID-19-a qarşı mübarizə planlarının yeni büdcəsini dərc edəcəyik. Həmin plana əsasən qlobal məqsədlərə nail olmaq və növbəti 12 ay ərzində ölkələrə zəruri vəsait təqdim edilməsi üçün 23,4 milyard ABŞ dolları lazımdır. bu təşəbbüsün tam maliyyələşdirilməsi ÜST-nin strategiyasının, bizim pandemiyanı nəzarətə götürmək üçün geniş əhatəli planımızın ən mühüm komponentidir”.

Oktyabrın 27-də ÜST bildirib ki, son həftə ərzində dünyada 2,9 milyondan çox adam koronovirus infeksiyasına yoluxub və 49 mindən çox adam bu səbəbdən ölüb. Yeddi gün ərzində yeni yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı 5 faiz artıb. Avropa regionunda müvafiq göstəricilər 18 faizə və 14 faizə bərabər olub.

AzərTac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN