Şəhərdə piyada keçidi olan yolları asfaltlayıblar, amma piyada keçidlərini çəkmək “yaddan çıxıb”...

...Sumqyıtdan daxil olan şikayətlə bağlı şəhərdə bu problemi ətraflı olaraq araşdırmaq qərarına gəldik. Vəziyyət isə ciddi narahatlıq doğurur...

 

***

 DİN bir neçə gün əvvəl sürücülərə bir daha müraciət edərək xəbərdarlığını çatdırdı ki, piyada keçidlərində və hətta istənilən yol hissələrində piyadalara qarşı diqqətli olsunlar, onlara yol versinlər. Təbii ki, piyadaların da yol mədəniyyətinə boyun əyənləri yolu daha çox piyada keçidi olan hissədən keçməyə üstünlük verir. Nazirlik onu da qeyd etdi ki, Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı piyada ölümlərinin artması ciddi narahatlıq doğurur. Əlbəttə, burada piyadaların da günahı, məsluliyyəti var, amma bir çox hallarda bu, yollarda təhlükəsizliyin tam təmin olunmaması məqsədindən irəli gəlir. Son zamanların statisistikasını təhlil etdikdə isə piyayadaların  bir çox hallarda məhz piyada zolağını keçməsi zamanı vurlumasını müəyyən etmək olar. Bu da rəsmi statistika: bu  ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə ümumi yol-nəqliyyat hadisələrinin 41.2%-ni təşkil edir. Yol qəzalarında həlak olan 504 nəfərdən 230-u piyada olub.

Belə qənaətə gəlmək olur ki, son vaxtlar piyada vurmaları çoxalıb və ümumi qəzaların az qala yarısı məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır. Təəsüflər olsun ki, piyada ölümlərinin faizi, əhalisinə görə ölkənin 2-ci şəhəri olan Sumqayıtda da yüksəkdir. Bunun səbəbini araşdırmaq qərarına gəldik. Sumqayıtdan daxil olan bir yazı-şikayət bu istiqamətdə bizə tutalqa oldu. Məlum olur ki, şəhərdə piyada vurulmalarına səbəb Sumqayıtda yollarda piyadaların təhlükəsizliyinin normal, lazımi səviyyədə təmin olnunmamasıdır. Ümumiyyətlə, Sumqayıtda yol-nəqliyyat hadisələri haqda rəsmi məlumat niyə ayrıca yayılmır? Səbəbini araşdırmaq üçün Google-da “Sumqayıtda piyada ölümlü qəza” və sair kimi sözlər yazdıq və Sumqayıtda piyada ölümü ilə nəticələnən kifayət qədər yol qəzaları haqda məlumata rast gəldik… Elə iki həftə əvvəl Sumqayıtın Ü.Hacıbəyov küçəsində, 13-cü mikrorayon sakini olan qadın və uşağı maşın vurub və qadın ölüb, uşaq isə ağır xəsarət alıb. İnsafən onu da qeyd etmək lazımdır ki, əksər hallarda mətbuatda işıqlanandan sonra da olsa, müəyyən təhlükəli yollara svetaforlar quraşdırıldığından, piyada keçidləri çəkildiyindən həmin yerlərdə piyadalar üçün təhlükəsizlik nisbətən təmin olunur.

 Sumqayıtda piayadalar üçün ölüm küçələri, lənətlənmiş, kabus adlanan yollar... 

Piyada ölümlərinə və xəsarətlərinə əsas səbəblərindən biri də, baxmayaraq ki, müəyyən tədbirlər görülür, Sumqayıtda piayadalar üçün ölüm küçələrinin, lənətlənmiş, kabus adlanan yolların hələ də qalmasıdır. Əgər indiyədək ölüm küçələrinin Top reytinqində Babək küçəsinin “Hiper”, “Qayalı”  marketlərinə keçən yolu idisə, artıq bu sarıdan birinci yeri Üzeyir Hacıbəyov dairəsi və ya 6-cı mk.-rayon “kruqu” da adlanan- Niyazi, Ü.Hacıbəyov, Zülfi Hacıyev küçələrinin kəsişdiyi, yeddi yolun birləşdiyi ərazinin ətrafı tutub. Ən dəhşətlisi isə burada maşınların piyadalara yol verilib-verilməməsinə nəzarət edilməməsi, sürət həddinin yüksək olması, nəzarət kameralarının, piyada nişanlarının olmaması, işıqlandırmanın zəif olmasıdır.

 

 Təsəvvür edin, ətrafda əhalinin sıx yaşadığı, avtomobillərin intensiv və daha çox hərəkət etdiyi, 20-30 avtobus marşrutunun işlədiyi, 7 yolun, Corat, Qızılqum qəsəbəsinin, 6-cı, 13-cü, 9-cu mikrorayonun, çoxlu sayda çoxmərtəbəli binaların yerləşdiyi, tədris mərkəzinin, bankın, böyük musiqi məktəbinin, 2 parkın (Üzeyir Hacıbəyov, Heydər Əliyev parkı) çoxlu sayda ticarət və sairə obyektlərin olduğu yerdə bir dənə də olsun işıqfor yoxdur, piyada keçidi isə azdır, olanlar da vaxtında boyanmır. Piyadaların yol hərəkəti qaydalarını mütəmadi olaraq pozması burada adi hal alsa da, buna müdaxilə, ciddi təsir mexanizmləri demək olar ki, yoxdur. Ümumiyyətlə, ətraf yaşayış yeri olduğundan burada yollarda sürət həddinin aşağı salınmasına ehtiyac var. Məsələn, 60 km/saatdan 30-a, yaxud 40-a. Çünki araşdırmalar da göstərir ki, sürət həddi aşağı salınan yerlərdə ölümlə nəticələnən demək olar ki, olmur.  “Bravo” supermarketindən Üzeyir Hacıbəyov parkına doğru isə, ümumiyyətlə, piyada zolağı yoxdur. Halbuki minlərlə adam yolu keçib ora gedir. Piyada zolağı var, amma ticarət mərkəzinin daxili girişində. Bu supermarketin açılıçından əvvəl -avqust ayında Üzeyir Hacıbəyov küçəsinin hər iki yoluna asfalt örtüyü döşənib. Təbii ki, olan piyada keçidləri zolağı da silinib. Amma keçidlər 2 aydır laqeydlikdən təzədən çəkilməyib.

 Xatırladaq ki, avtomobil yollarında prospekt və küçələrində işıqforların quraşdırılması DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nəzdində olan «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən aparılır. Günortaya kimi adıçəkilən ərazidəki yollarda nisbətən sakitlik olsa da, hər  axşam, xüsusən də pik vaxtlarda  -18.00 -20.00 arası burada əməlli- başlı xaos yaranır, piyadalar yolu rahat, stressiz, təhlükəsiz keçə bilmir. Axşamlar buradan avtobillərlərin çoxluğundan, hətta tıxac yaranır. Bu səbəbdən valideyinlər uşaqlara bu yollardan tək keçməyə buraxmır ki, təhlükəli yoldur. Deyilən ərazidə əksər sürücülər piyadalara yol vermir, hətta piyada keçidində belə. Çünki nəzarət yoxdur. Sürücü piyada keçidinə 5 metr qalmış idarə etdiyi nəqliyyat vasitəsini saxlamalıdır, ya sürəti azaltmalıdır, amma saxlamırlar, sürəti azaltmırlar. Kimə şikayət etsin piyada?!

 

Bir var heç olmasa piyada keçidi mövcuddur, piyada oradan keçmir, bir də var ərazidə ümumiyyətlə, piyada keçidi yoxdur. Çıxış yolu isə əraziyə hərəkəti tənzimləyən, təhlükəsizliyi təmin edən işıqforların qoyulmasıdır... Çünki sürücülər piyada keçidinə baxmırlar, ancaq işıqforlara riayət edirlər. Ümumiyyətlə, bu ərazidə yerüstü və ya yeraltı keçidə də ehtiyac var. Ən azı işqıqfor qoylmalıdır ki, piyadalar rahat yolu keçə bilsin. İllər əvvəl oxşar mənzərə keçmiş “Şərq Bazarı” deyilən ərazinin ətrafında da yaşanırdı, amma yolun hər iki tərəfində işıqfor qoyulandan sonra burada tez-tez baş verən piyada ölümləri, qəzalar yoxa çıxdı. Aidiyyatı qurumların yaranmış acınacaqlı vəziyyətlə bağlı təcili tədbir görməsi lazımdır. Unutmaq olmaz ki, buna laqeyd münasibət bəsləyənlərin yaxınları da  bu ərazilərdən keçə bilər. Hər gün belə laqeydlik kiminsə ölümü, xəsarət olması, həyati təhlükəsi deməkdir...

***

Hər dəfə bu mövzuda nəsə mətbuatada gedəndə reaksiya olaraq nəsə edilir, tədbir görülür. Amma  aidiyyatı qurumlar özləri vəziyyətə nəzarət edib tədbir görməlidirlər. Çünki çox vaxt vətəndaşlar, hətta kiminsə yolda öldüyünü görəndə belə laqeydlik nümayiş etdirir, şikayət etmirlər. Ümid edirik ki, aidiyyatı qurumlar bu problemi yaxın zamanlarda həll edəcək, piyadalar bu ərazilərdən keçəndə çətinlik çəkməyəcəklər. Və Sumqayıtda da piyadaların vurulması kimi hadisələrə rast gəlinməyəcək...

Təqdim etdi: A.Məmmədli

  

 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN