Bu gün Gürcüstanda seçkilərdir...

“Havada qələbə qoxusu fırlanır, birinci turda belə bir şey müşahidə olunmamışdı". Bu sözləri "Vahid Milli Hərəkat"ın Tbilisi üzrə mer namizədi Nika Melia  səs verdikdən sonra müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda hakimiyyət dəyişikliyi baş verir və bu Tbilisidən başlayır: “"Gürcü Arzusu"nu dərd çəkməməyə, həyəcanlanmamağa çağırıram, çünki demokratiya belə olur. Başa düşürəm ki, onların hakimiyyətdən əl çəkmək qorxusu var, amma bu, gec-tez baş verməli idi. Bu hazırda baş verir, hər şey Tbilisidən başlayır. Tbilisidəki qələbədən sonra biz yenilik yaradacağıq, koalisiya hökumətinin mərkəzi səviyyəyə keçəcək yeganə düzgün idarəetmə forması olduğunu sübut edəcəyik”, - deyə N. Melia bildirib.

Xatırladırıq ki, hazırda Saakaşvilinin saxlanıldığı təcridxananın ətrafında çoxsaylı polis qüvvələri cəmləşdirilib. Hakimiyyət təxribatlardan ehtiyat edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN