Gürcüstan MSK seçkilərin nəticələrini ilkin olaraq bəyan etməsinin ardınca, "Vahid Milli Hərakat"ın lideri seçkilərin nəticələrinin ləğv olunduğunu bəyan etdi...

"Ölkədə seçkilər ləğv edildi - sabah konkret plan təqdim edəcəyik, barışmaz mübarizə olacaq". Bunu "Vahid Milli Hərakat"ın lideri Nika Melia MSK tərəfindən seçkilərin nəticələri açıqlandıqdan sonra birifinq zamanı bildirib. “Sabah biz sizə konkret plan təqdim edəcəyik, bu, barışmaz mübarizə olacaq. Artıq tək partiya maraqları yoxdur, partiya siyasəti yoxdur. Koalisiya birliyi var və buna insanlarda inam yarandı. Bizim vəzifəmiz nədir? Bu koalisiyanın daha da geniş olması üçün bu koalisiyada təkcə siyasətçilərin, ictimai fəal vətəndaşların, jurnalistlərin, həkimlərin, mühəndislərin, seçkilərin İvanişvilinin şərtləri ilə keçirilməyəcəyindən vicdanla narahat olanların, hər kəsin yeri olmalıdır. Biz sabah konkret plan təqdim edəcəyik və sıravi vətəndaş kimi söz veririk ki, mübarizə barışmaz olacaq". Nika Melia deyib ki, ölkədə yerli özünüidarə orqanlarına seçkilər ləğv edilib:
“Heç kim heç kimi aldatmasın, bu ölkədə seçkilər ləğv edilib. Bu işə çox böyük bir kilid qoyuldu. Ona görə də kimsə fikirləşsə ki, İvanişvilinin şəraitində bu ölkədə seçkilər keçiriləcək, mən heç vaxt tək siyasətçi kimi onun fikrini bölüşə bilməyəcəyəm, çünki bir çox bələdiyyələrdə qazanılan qələbələr, sanki qazanılmamış kimi, Bidzina İvanişvili tərəfindən müxtəlif iqamətgahlarda oğurlanıb. Oktyabrın 14-də Azadlıq meydanında mitinq zamanı Bidzina İvanişviliyə dostlarımla söz verdik ki, hər şey onun oktyabrın 30-da özünü necə aparmasından asılı olacaq. Bidzina İvanişvili isə bu gün atdığı addımı atdı və cavab adekvat olacaq", - deyə N. Melia bildirib. N.Melia həmçnin qeyd edib ki, baş verənlərlə bağlı beynəlxalq tərəfdaşlar məlumatlandırılıb və onlara ölkədə keçirilən seçkilərin ləğv olunduğunu bildirib.
"Təzadlar" xatırladır ki, dünən 30 oktyabr tarixində Gürcüstanda keçirilərn yerli özünüidarəetmə seçkilərində Calencixidən başqa digər bələdiyyələrdə “Gürcü Arzusu”nun mer vəzifəsinə namizədləri səs çoxluğu qazanıb. Bu isə ölkədə digər iddialıları, xüsusən də müxalif cəbhənin üzvlərini qəzəbləndirib. Ölkənin elektron medialarının yazdığına görə, sabahdan siyasi mübarizələr yenidən qızışacaq...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN