Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası öz işinə başlayır...

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Xatırladaq ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edəcəklər. 

Eləcə də türkdilli ölkələrin baş prokurorlarının təkbətək və ümumilikdə işgüzar görüşləri də baş tutacaq. Bakı belə bir tədbirə artıq neçənci dəfədir ev sahibliyi edir.

A.Məəmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN