Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə mətbuata qapalı məhkəmə prosesi davam edir.

Hakim yenə də jurnalistlərin məhkəmənin gedişini izləməsinə icazə vermədiyinə görə "Təzadlar"ın əməkdaşı zərərçəkmiş Hüseyn Səfərovdan bəzi məlumatları əldə etmişdir...

 

 H.Səfərov bildirdi ki, bu gün keçirilən iclasda İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Sahib Ələkbərov  dindirilib. O, keçmiş rəisinin əleyhinə ifadə verib, qanunsuz əmrləri, yəni iş üzrə zərərçəkənlərdən hədə-qorxu, təhdid və şantaj yolu ilə milyonlarla dolların alınması haqda göstərişləri M.Şıxəliyevin verdiyini deyib. H.Səfərov: "...Mən də zərərçəkmişəm, Mövlam qorxudaraq, həbs edərək məndən şantaj yolu ilə 2 milyon dollar alıb... Bu dəfə onun keçmiş işçisi ifadə verdi, bu zaman Mövlam Şıxəliyevi bərk əsəbiləşdi, əsib coşdu. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən getdib. Konvoy onu yarı huşsuz halda zaldan çıxartdı. Yaranmış vəziyyətlə bağlı Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olundu. Zərərçəkənlər hakimdən tələb etdilər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Biz düşünürdük ki, Mövlam Şıxəliyev özünü pis hiss etmək görüntüsü yaratmaqda idi. Sonra mən uca səslə bildirdim ki, o, aktyorluq edir, səhhəti normaldır. Artislik edir... Sonradan bizə dedilər ki, məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə ediblər və guya təzyiqinin qalxdığını, ciddi probleminin olmadığını deyiblər. Bununla da mənim qənaətim təsdiqini tapdı... Mən başa düşmürəm, bu adam niyə vurduğu ziyanı ödəmək istəmir??? Pul həyatından üstündürmü? Təəssüf ki, o, hələ də kimlərəsə arxayındır və vurduğu ziyanı ödəməyi gecikdirir...". 

 H.Səfərov əlavə etdi ki, Sahib Ələkbərov keçmiş rəisinin üzünə duraraq həqiqəti söyləyib: "...Mən həbs edilmiş 3 nəfərin dindirilməsini həyata keçirirdim, səhər saat 7-də Mövlam Şıxəliyev mənə zəng vurdu ki, təcili işə gəl, nazir Eldar Mahmudov tapşırdı, onları buraxmalıyıq...". Bu o deməkdir ki, bütün bu qanunsuz həbslərə Mövlam Şıxəliyev rəhbərlik edib...".

H.Səfərov dedi ki, M.Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib. 

*** 

Daha geniş yazı təqdim ediləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN