...Bu gün Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın sabiq Baş prokuroru, diplomat... Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirilib... Eldar Həsənovun qızı Səbinə Hüseynovanın bu açıqlaması olduqca düşündürücüdür:
- Atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə bu gün noyabrın 5-də məhkəmə 1 saat gec başladı. Onu hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma... Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi... Onun müayinə sənədlərini Türkiyədə atamı müalicə etmiş həkimlərə göstəririk, şoka düşürlər. Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır... Əgər bunların heç biri edilmirsə, atamı hər dəfə ağrıdan ikiqat olmuş vəziyyətdə, hər iki qoluna girərək sürüyə-sürüyə məhkəmə zalına gətirirlərsə, baş verməyən bir "cinayət"in olmayan "şahidləri" dindirilirsə, bu, artıq sözün bitdiyi yerdir. Mən artıq əminliklə bu fikirdəyəm ki, bu məhkəmə atamın fiziki məhvinə yönəldilmiş bir şoudur. Amma bilmirik ki, Hakim bu göstərişi kimdən alıb. Dövlət başçısına atamın ağır səhhəti ilə bağlı, istintaq araşdırmasının absurd nəticəsi ilə bağlı, gülünc məhkəmə şousu ilə bağlı doğru-düzgün məlumatlar verilirmi? Cənab Prezidentə məruzə olunurmu ki, Eldar Həsənov elə məhkəmə zalındaca ölə bilər? Deyilirmi ki, bu insan günahsızdır, 14 aydır ki, suçsuz yerə həbsdə saxlanılır? Bildirilirmi ki, istintaq heç bir cinayət-filan ortaya qoya bilməyib, biabırçı bir vəziyyətdir?.. Həqiqətən sözün bitdiyi yerdəyik: çünki məhkəməyə şahid qismində çağırılan insanlar bildirir ki, istintaq materiallarına əlavə edilən ifadə onlara məxsus deyil. Müstəntiq ağlına nə gəlibsə, bu insanların əvəzindən yazıb, onların ifadəsi kimi təqdim edib. Verilən vəsatətlər birmənalı rədd olunur.
Cənab Hakim! Bizə bu zülmü-əziyyəti niyə edirsiniz, məqsədiniz öldürməkdirsə, açıq deyin, biz də işimizi bilək, ölümümüzə hazırlaşaq. Yox, məqsəd sadəcə, CƏZA verməkdirsə, sizi vicdanınızın və Allahın mühakiməsinə həvalə edirəm. Bir gün hamı öləcək. Heç kəs sonsuzadək bu dünyanı tutmayıb, tutmayacaq. Amma günahsız bir insana bu əzabları yaşatmaq sizin tərcümeyi-halınızda, vicdanınızda həmişəlik qalacaq və Allah qarşısında cavab verəcəksiniz...
Övladlarınıza bu "miras"ı buraxmayın...
*** 
"Təzadlar"dan: sözün bitdiyi yer... Səbinə Hüseynava ilə geniş müsahibəni təqdim etməyə çalışırıq... Bizi izləyin!
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN