Keçmiş daxili işlər naziri, Bakı ermənisi Arsen Avakov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dünyadan köçəcəyi təqdirdə

Ukraynanın strateji fəaliyyət planının olması lazımdır. Avakov aparıcı Savik Şusterin "Söz Azadlığı" şousunda belə söyləyib. "Tutaq ki, Putin hakimiyyətin dinc yolla ötürülməsi üçün hansısa prosedura hazırdır. Onda biz də hazırıq. Əgər o, belə bir prosedura hazır deyilsə, bütün digər xidmətlərimiz hazır olmalıdır. Danışıqçılar hazır olmalıdır, özü də öz üslubunda. Cəmiyyət isə bu hazırlığı dəstəkləməlidir. Bizim, nisbətən desək, 5-6-7 qovluq... hərbi ssenarimiz olmalıdır. Rusiya Federasiyasında nəsə baş versə, məsələn, birdən parçalanma prosesləri başladı... Bəs onda? Hardadı bizdə o xoşbəxtlik, birdən Putin öldü və biz də heç nəyə hazır deyilik... Amma hazır olmalıyıq".
Xatırladaq ki, Avakov Krım, Donetsk və Luqansk vilayətlərinin işğaldan azad edilməsini və reinteqrasiya strategiyasını dövlət səviyyəsində birləşdirməyə çağırıb. 2018-ci ildə Daxili İşlər Nazirliyi səviyyəsində belə bir strategiya qəbul edilmişdir.

Təzqdim etdi: A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN