...30 il əvvəl, 1988-89-cu illərdə ermənilər vəziyyətdən istifadə edərək Topxana meşəsini qırmağa başladı...

Həmin vaxtlarda Bakıda siyasi hakimiyyətin bu vandallığın qarşısının alınmasını tələb edən mitinqlərə start verildi. Fasiləsiz mitinqlərdə "Topxananı xilas edək!" çağırışlı mitinqlərdə SSRİ əlehinə də çıxış edilirdi. Amma ermənilər bu ekoloji terrorun davam etdirilməsində israrlı görünürdü...

***

1992-ci ildə Şuşa tamamilə işğal edildi və 28 il ərzində orada nə baş verdiyindən tamamilə xəbərsiz olduq. Nəhayət, 2020-ci ilin noyabrında Azərbaycan Ordusu işğal altında olan digər ərazilərlə bərabər, həm də Şuçanı azad etdi... Bu gün Şuşanın işğaldan azad edilməsindən 1 il ötür. Bu möhtəşəm qələbə şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər. İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib. Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir.

Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağaçəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkildi, əraziyə 100 kiloqram palıd toxumu səpilib.

*** 

Bəli, düşmən həm də bölgədə ekoloji terrorla məşğul olub. Bu terrorun qabağı, nəhayət, alındı. İndi həmin ərazilərin bərbasına başlanılıb, eləcə də məhv edilmiş meşələrimizin...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN