Bakıda əsən güclü şimal küləyi davam edir...

Gecədən əsən güclü külək isə paytaxtda 11 nəfərə (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri 2bəxş edib". Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Xatırladıərıq ki, dünən güclü külək çoxsaylı ağacları kökündən qoparıb, aşan ağaclar bir neçə avtomobili əzib, magistral yollarda isə yük maşınları aşıb. Ölən yoxdur.
Bakının Yasamal rayonunda isə külək iki mərtəbəli evin dam örtüyünü uçurub. Hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi isə paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması ilə bağlı sürücülər və hərəkat iştirakçıları üçün təhlükəli vəziyyətin yarandığı bildirib: "Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə son dərəcə ehtiyyatlı olmalarını, təhülkəsizlik qaydalarına daha da ciddi əməl etmələrini, avtomobillərini hündür mərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmalarını xahiş edirik".
A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN