Azərbaycanın daha iki şəhəri-Xankəndi və Xocalının maliyyə xərcləri gələn ilin dövlət büdcəsində otura bilər...

Bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc noyabrın 11-də Milli Məclisin 4 komitə və 1 komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. “Ona görə də hesab edirəm ki, ölkəmizdə polis əməkdaşlarının maaşlarına yenidən baxılmalıdır. Gürcüstanla müqayisədə bizdə polis əməkdaşlarının maaşı çox aşağıdır”, - komitə sədri vurğulayıb. O bildirib ki, gələn ilin büdcəsində Xankəndi və Xocalı ilə bağlı məsələlər də əksini tapmalıdır. Z.Oruc həmçinin qeyd edib ki, ölkə vətəndaşları gələn ilin dövlət büdcəsinin təqdimatından sonra enerji və kommunal tariflərin, manatın kursunun dəyişməyəcəyi baxımından zəmanət verilməsini gözləyirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN