Gürcüstanın Xüsusi Penitensiar Xidməti  sabiq prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasının palatasına zorla və sürüdülərək aparıldığı  videonu yayıb.

Kadrlardan göründüyü kimi, Saakaşvili iradəsinin ziddinə edilən bu köçürməyə görə  mühafizəçilərlə mübahisə edir, vurmağa çalışır, palatadakı  tibbi avadanlığı döşəməyə atır.

Qeyd edək ki, Saakaşvili uzun sürən aclıq aksiyasından sonra səhhətində yaranmış problemə görə Rustavi həbsxanasından Qldani həbsxanasının xəstəxanasına köçürülüb.  Vəkilləri  Saakaşvilinin  Rustavidən paytaxtdakı mülki klinikaya aparılacağı barədə  vəd verilərək aldadıldığını  və bu da onun narazılığına səbəb olduğunu bildiriblər.

Xatırladaq ki, dünən - noyabrın 10-da Gürcüstanın sabiq prezidenti  Mixeil Saakaşvilinin məhkəmə iclası  keçirilib.

Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və iş adamı Badri Patarkatsişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham edilir.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Qeyd edək ki, Mixail Saakaşvilinin məhkəmə iclasında  iştirakına icazə verilməyib.

Videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=6BNg6GE-mC4

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN