Mixeil Saakaşvilinin atası, Nikoloz Saakaşvili ədliyyə nazirinin atası Qriqol Breqvadzeyə açıq məktub ünvanlayıb...

 Nikoloz Saakaşvili məktubu öz sosial media hesabında paylaşıb. Sözügedən açıq məktubu olduğu kimi sizə təqdim edirik: "Qriqol, bir həmkarın - həmkara, valideyinin - valideyinə yazdığı kimi sənə yazıram. Biz uzun illər birlikdə işləyirdik və ən başlıca humanist idea - həyatı qurtarmağa birlikdə xidmət edirdik. Biz heç vaxt pasyenti onun fikirləri və digər mənsubiyyətinə görə seçmirdik. Bizim üçün məhbus olmağından aslı olmayaraq, pasyent hər zaman pasyent idi. Qriqol, övladının prezident təqaüdü ilə Almaniyaya təhsil almaq üçün getdiyi vaxt sənin sevincini və qürur hissini yaxşı xatırlayıram. Bu gün ədliyyə nazirliyi həmin prezidentin yaşamaq hüququnu əlindən alır və onu mülki xəstəxanaya köçürmür. Bu gün ölkənin prezidenti, gürcü dövlətçiliyinin qurucusu, vətənpərvər bir insan həbsdədir (bunun ədalətli olub-olmamasına tarix qərar verəcək). Mən hesab edirəm ki, sən bir həkim, humanist, valideyin olaraq aclıq aksiyası edən pasyentin həyatını qurtarmaq və aclıq aksiyasından sonra onu təcili şəkildə mülki xəstəxanaya aparmaq üçün öz mövqeyini bildirməlisən. Qriqol, Allah qorusun, heç vaxt sənin mənim vəziyyətimdə olmanı istəmirəm. Belə bir şey olsaydı, mən bir həkim olaraq sənin yanında dayanardım və öz mövqeyimi qorxmadan bildirərdim", - deyə Nikoloz Saakaşvilinin məktubunda bildirilir. Gürcüstan müxalifəti isə onun azadlığını tələb edir.

A.Məmmədli

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN