Vəd edildiyi kimi, hazırda müxalifət fəalları və tərəfdarları parlament binası qarşısında etiraz aksiyası keçirir.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, aksiya səbəbindən Rustaveli prospekti bağlanıb və avtomobillərin hərəkəti dayandırılıb. Etirazçılar eks prezident Mixeil Saakaşvilinin mülki klinikaya köçürülməsini və sərbəst buraxılmasını həmçinin, növbədənkənar seçkilərin təyin edilməsini tələb edirlər. Qeyd edək ki, əraziyə çox sayda polis qüvvəsi cəlb olunub.

 Aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN