Güclü yağışların çayların səviyyəsini yüksəltməsi və daşqın qorxusunu artırması səbəbindən Yaponiya hakimiyyət orqanları on minlərlə insana zəlzələdən zərər çəkmiş İşikava bölgəsini təxliyə etməyi əmr edib.

Tezadlar.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, təhlükə səviyyəsi beşdən dördü elan edilib. Bu, evakuasiya hələ də mümkün olduğu halda sığınacağa təxliyə etmək tövsiyəsi deməkdir.

Telekanal aydınlaşdırıb ki, Vacima və Suzu şəhərlərində 30 minə yaxın sakin təxliyə edilməlidir. Ən azı bir nəfər itkin düşüb.

Yaponiya Meteorologiya İdarəsi prefekturada "güclü yağışlar səbəbindən xüsusi təhlükə" elan edib. Bu o deməkdir ki, vəziyyət həyat üçün təhlükəlidir. İşikavada 12 çayda daşqın olduğu təsdiqlənib.

Yaponiya Meteorologiya Agentliyinin proqnozlar departamentinin rəhbəri Satoşi Suqimoto bildirib ki, Kyuşu, Çuqoku bölgəsi, Hokuriku və Tohokuda küləyin təhlükəli həddə çatması ehtimalı var. Onun sözlərinə görə, sentyabrın 21-i axşam saatlarında leysan xarakterli intensiv olacağı ehtimalı var.

Bundan əvvəl Vyetnamda ölümcül tayfundan sonra sahibini görən it göz yaşlarına boğulub. İt itib və başqasının ailəsi tərəfindən sığınacaq verib, lakin sonra itin sahibi tapılıb.

Şanxay hakimiyyətinin Pulasan qasırğasının fəsadları fonunda 112 min sakini təxliyə etdiyi də bildirilib. Mənbənin sözlərinə görə, şəhərə güclü yağışlar yağıb. Meteoroloqlar Pudong və Fengxian bölgələrinə altı saat ərzində rekord miqdarda yağış yağdığını bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN