...Faktdır ki, Qarabağda "Rusiya sülhməramlıları" adı altında "Rusiya erməniməramlılar fəaliyyət göstərir... 

Dünən Şuşadakı postumuza əl qumbarası atan terrorçu isə Azərbaycana təhvil verilmədi. Niyə? Həmin ermənini rusların əli ilə Azərbaycana deyil, hətta Ermənistana da deyil, Qarabağdakı seperatçılara təhvil veriblər. Bu separatçıların rəhbəri isə Arayik Harutyunyandır... Məsələ aydındır. Azərbaycan ermənidən qurtarmamış, indi də ruslarla üz-üzə gətirilir. Rəsmi Moskva bu cür oyunlara necə baxır? Türkiyəmi bu işə qarışmalıdır? Həmin terrorçu ermənini mühakimə edənlər hansı qanunla işləyəcək: Azərbaycan, Ermənistan, Rusiya, yoxsa separatçı Araikin???

 Dünən yazmışdım, Şuşadakı bu cür açıq hədələyəci terror əvvəlcədən planlaşdırılmışdı və açıq formada, rusların və bizimkilərin gözü qarşısında icra edildi. Terrorçu bilib ki, onu həbs etsələr, təminatı var, buraxılacaq... Kim planlaşdırıb söz vermişdi???

 Bütün bunların isə bir səbəbi var: Türkiyədə 8 türkdilli dövlətlərin birliyinin bərqərar olması. Rusiya MDB yaradıb yeni imperiyanı diriltmək istəyirdi, bu MDB-nin isə 5 üzvü indi Türk Şurasına qoşulub. Rusiya bunun acığını isə erməni terrorçunun əli ilə çıxdı... Amma unudur ki, Türk Şurasında (birliyində) bir kərə qaldırılan bayraq bir daha enməz!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN