Ermənistanda müdafiə nazirlərinin və Müdafiə Nazirliyinin heç bəxti gətirmir. Xüsusən də Azərbaycanın Dəmir yumruğu göyə qalxandan bəri... Belə ki, Baş naziri Nikol Paşinyan yenidən müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb. 24News.ge TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən hökumət başçısı bildirib ki, A.Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb. Baş nazir qeyd edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır: “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı", - deyə N.Paşinyan bildirib.

 

Belə getsə, Paşinyanın başı müdafiə nazirlərini dəyişməyə, erməni siyasətsizlərin isə fəaliyyəti Paşinyanın nazir dəyişikliklərinə qarışacaq, ölkənin ciddi sosial-iqtisadi problemləri yaddan çıxacaq...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN