...Ermənistan hərbçilərinin dünən növbəti dəfə Dəmir yumruq yeməsi ölkədə gərginliyi daha da artırıb...

Hakimiyyətə yenidən gəlmək arzusu ilə yaşayan Köçəryan və Sarqsyan cütlüyü Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası təşkil etdirib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, ölkənin paytaxtı İrəvandakı Respublika meydanına xeyli sayda insan toplaşıb. Onlar Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı Nikol Paşinyanın istefasını tələb edirlər. Aksiya keçirən Ermənistan vətəndaşları qeyd ediblər ki, Paşiniyanın yarıtmaz siyasəti nəticəsində hər keçən gün erməni gəncləri həlak olur. Vətəndaşlardan biri isə hazırda əhali yenidən təşviş içində olduğunu bildirib.

Amma Ermənistanın sadə vətəndaşları anlamır ki, əksinə, Paşinyan Sarqsyan və Köçəryan kimi işğalçılıq arzulu yaramazların sayəsində ölkə nəinki yerində sayır, getdikcə nimdaş vəziyyətə düşür. Paşinyan isə ölkəni bu bataqlıqdan çıxarmaq istəyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN