Ermənistanda artıq soyuq başla düşünüb danışanlar da peyda olub...

Tarix boyu Rusiyanın qanadı altına sığınmış Ermənistan ötən ilin sentyabrında başlayan və ağır, tarixi məğlubiyyətlə nəticələnən 44 günlük müharibədən sonra ayılıb gördü ki... Məsələn, dünən noyabrın 16-da “Solovyov LIVE” verilişinin efirində Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi mövzusu müzakirə olunub. Proqramın qonaqlarından biri Ermənistandan olan siyasi şərhçi və jurnalist Ayk Xalatyan olub. Xalatyan çıxışı zamanı bildirib ki, Rusiya ilə dost olmaq hər zaman məğlub olmaq deməkdir. “Moskva elə edir ki, Rusiya ilə dost olmaq “uduzmaq” sözünün sinoniminə çevrilir. Rusiyanın yanındasınızsa, həm xarici siyasətdə, həm də daxili siyasətdə “uduzan”sınız, çünki Rusiya Donbassdan başlayaraq, Qarabağa qədər və Ermənistan məsələsində də heç kimə kömək etmir və dəstək olmur. Rusiya ilə dost olmaq həmişə uduzmaq deməkdir. Rusiyanın “xarici siyasəti” budur”, - deyə siyasi şərhçi vurğulayıb.

Rusiyalı sosial şəbəkə istifadəçiləri isə Xalatyanın səhlənkar çıxışını top atəşinə tutublar, söyür, qarğıyırlar. Aralarında ermənilər də çoxluq təşkil edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN